23 
Okt
2023
15:46
706

Sinoptiklər qarşıdakı günlərin hava proqnozunu açıqladı - Yağış və külək gözlənilir

Oktyabrın 24-ü günün ikinci yarısından 25-i günün birinci yarısınadək Qərbi Gürcüstanın əksər rayonlarında və Şərqi Gürcüstanın bəzi yerlərində (əsasən Şida Kartlidə, həmçinin dağlıq rayonlarda) şimşək çaxacağı, yağış yağacağı gözlənilir. 

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi bildirib.

Onların məlumatına görə, oktyabrın 23-də Tbilisidə hava əsasən yağmursuz keçəcək. Oktyabrın 24-25-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, oktyabrın 24-də gündüz və 25-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Oktyabrın 23-25-də havanın temperaturunun gündüz 20, 22 dərəcə isti olacağı gözlənilir.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) oktyabrın 23-25-də hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): oktyabrın 23-də hava yağmursuz keçəcək. Oktyabrın 24-25-də qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündüz +15-17 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın