23 
Okt
2023
11:12
500

Dövlət sektorunda çalışanların maaşı ən azı 1330 lari olacaq

Dövlət sektorunda əməkhaqqına 282 milyon lari daha çox xərclənəcək - işçilərin əməkhaqqı ən azı 1330 lari olacaq.

InterPress.ge xəbər verir ki, bu, “Beynəlxalq şəffaflıq - Gürcüstan” hesabatında yer alıb.

“İnzibati xərclər, o cümlədən dövlət sektorunda əməkhaqqı, mal və xidmətlərin alınması 367 milyon lari artır, 2,5 milyard lari (artım 282 milyon) əməkhaqqına, 2,2 milyard lari isə (artım 85 milyon) mal və xidmətlərin alınmasına xərclənəcək. Dövlət sektorunda çalışanların əməkhaqqı 10% artacaq və ayda ən azı 1330 lari olacaq.

Dövlət sektorunda çalışanların sayı 303 nəfər artır ki, bu da əməkhaqqı üçün ayrılan məbləğin artmasına səbəb olur. Ən çox Daxili İşlər Nazirliyi sistemində çalışan işçilərin sayı 130 nəfər artır. 2023-cü ildə yaradılan yeni “Korrupsiyaya qarşı Mübarizə Bürosu”nda 86 nəfər işlə təmin olunacaq. “Veteranların İşləri üzrə Dövlət Xidməti” ndə çalışan işçilərin sayı 49 nəfər, İqtisadiyyat Nazirliyində çalışan işçilərin sayı 28 nəfər artır”, - məlumatda deyilir

Bizimlə əlaqə saxlayın