Gələn aydan etibarən Moskvadan Batumiyə uçuşlara başlanılır
Noyabrın 3-dən Red Wings aviaşirkəti Moskvadan Batumiyə uçuşlara başlamağı planlaşdırır.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
Mətbuatın yazdığına görə, ilkin olaraq Domodedovo hava limanından Gürcüstana uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək, daha sonra onların tezliyi 5-ə çatdırılacaq.
“Red Wings” Gürcüstana Rusiyanın 100 yerlik SSJ100 təyyarəsi ilə uçacaq.
Məlumat üçün bildirək ki, şirkətin saytının məlumatına görə, Gürcüstanda uçuş proqramına Soçidən Tbilisiyə uçuşlar da daxildir.
Qeyd edək ki, bileti artıq şirkətin saytında almaq olar və onu 247 dollara əldə etmək olar. Növbəti günlərdə reysin qiyməti kəskin şəkildə azalır və 123 dollardan 193 dollara qədər dəyişir.


