İsrail ordusu “Hizbullah”ın Livandakı hədəflərinə zərbə endirib.
InterPress.ge-nin məlumatına görə, bu barədə ordunun mətbuat xidməti teleqramda məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri hazırda Livandakı “Hizbullah” terror qruplaşmasının hədəflərinə zərbələr endirir”, - bəyanatda deyilir.
Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumu nəticəsində çoxlu sayda insan həlak olub.
