20 
Okt
2023
15:57
595

Oktyabrın 22-dək ölkə ərazisində gözlənilən hava şəraiti açıqlandı

Qarşıdakı günlərdə Gürcüstanın bütün ərazisində isti və yağmursuz hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi Gürcüstanda oktyabrın 20-22-nə gözlənilən hava proqnozunu açıqlayıb. 

Tbilisidə havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali) 20 oktyabrda +19, +21; Oktyabrın 21-22-də +23, +25 dərəcə isti gözlənilir.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) 20 oktyabrda +17, +19; 21-22 oktyabrda isə +22, +24 dərəcə isti olacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) oktyabrın 20-də +10, +12; 21-22 oktyabrda +16, +18 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər