19 
Okt
2023
08:33
664

Bu gün hava necə olacaq? - PROQNOZ

Oktyabrın 19-da günün ikinci yarısınadək Qafqaz silsiləsinin yüksək dağlıq zonasında güclü qar yağacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.

Acarıstan və Quriya bölgələrində bəzi yerlərdə leysan xarakterli yağış yağacaq. Qərb küləyi zaman keçdikcə güclənəcək.

 “Gözlənilən güclü yağışlar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər, dağlıq ərazilərdə sürüşmə-daşqın prosesləri başlaya və aktivləşə bilər”,- deyə bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər