Batumi-Çakvini birləşdirən dolama yolda mikroavtobus yanıb.
InterPress.ge-nin xəbərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə yanğın-xilasetmə xidmətinin əməkdaşları səfərbər olunub. Yanğın səbəbindən mərkəzi magistralda nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerində Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.
