17 
Okt
2023
20:19
308

Prezident ABŞ-ın sanksiya tətbiq etdiyi keçmiş baş prokurorun Gürcüstan vətəndaşlığına xitam verib

Salome Zurabişvili ABŞ-ın sanksiya tətbiq etdiyi keçmiş baş prokuror Otar Partsxaladzenin vətəndaşlığına xitam verib.

InterPress.ge xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.

 

“Gürcüstan prezidenti parlamentdə impiçment proseduru başlamazdan əvvəl Otar Partsxaladzinin Gürcüstan vətəndaşlığına xitam verilməsi haqqında fərmanı imzalayıb və digər anti-Avropa qanunu kimi “Məclislər və təzahürlər haqqında” qanuna dəyişikliklərə veto qoyub”, - məlumatda deyilir. 

Xatırladırıq ki, bu il sentyabrın 14-də ABŞ-ın Gürcüstanın keçmiş baş prokuroru Otar-Partsxaladzeyə qarşı sanksiyalar tətbiq etdiyi məlum olub. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin məlumatına görə, yeni sanksiyalar paketi çərçivəsində Partsxaladze də daxil olmaqla, daha 24 şəxsə sanksiyalar tətbiq edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər