17 
Okt
2023
13:13
1257

Marneulidə bədbəxt hadisə zamanı kişi həyatını itirdi

Marneuli bələdiyyəsinin Bəylər kənd sakini 56 yaşlı Elbəyi Mehtiyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

InterPress.ge xəbər portalına daxil olan məlumata görə, o, torpağın altında, dörd metr dərinlikdə işləyərkən torpaq üstünə aşıb.

Orta yaşlı kişi yerindəcə ölüb. Hazırda meyit Rustaviyə ekspertizaya aparılır.

Yaxınları hadisəyə səbəb kimi ehtiyatsızlıq və su çəkmə şirkətini göstəriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər