03 
Avq
2020
19:25
926

Bu 21 deputat parlamentdə bir dəfə də olsun çıxış etməyib - SİYAHI

Keçən il parlamentdə 21 nəfər deputat bir dəfə də olsun çıxış etməyib.

InterPress.ge xəbər verir ki, bu barədə Beynəlxalq şəffaflıq-Gürcüstan təşkilatının araşdırmasında qeyd olunur.

Təşkilat 1 yanvar 2019-ildən 31 dekabr 2019-cu ildək qanunvericilik orqanının işini dəyərləndirib, bu gün isə hesabatı təqdim edib.

"Beynəlxaq şəffaflıq-Gürcüstanın tədqiqatına görə, parlamentdə tribunadan istifadə etməyənlərin çoxu Gürcü arzusu partiyasının üzvləridir.

"Baxmayaraq ki, tribunada çıxış edən deputatların sayı artıb deputatların çıxışı problemi aktiv olaraq qalmaqda davam edir. Parlamentdə bir dəfə də olsun sözlə çıxış etməyən deputatlar bunlardır :

İrakli Abuseridze( çoxluq, majoritar),

Levan Bejanidze (çoxluq majoritar ),

Ruslan Hacıyev ( çoxluq majoritar ),

Mahir Dərziyev ( çoxluq ),

Muxran Vaxtanqadze( çoxluq majoritar ),

Zaza Kedelaşvili (Avropalı Gürcüstan ), Temuraz Koxreidze (çoxluq ),

İoseb Makraxidze (çoxluq majoritar ),

Samvel Manukinyan (çoxluq),

Enzel Mkoyan (çoxluq majoritar ),

Qiorqi Mosidze (müstəqil üzv majoritar ), Roman Muçiaşvili (çoxluq majoritar ),

Ramaz Mikoliaşvili (müstəqil üzv ),

Ruslan Poqosyan (çoxluq ),

Dmitri Samxaradze (çoxluq ),

Erekle Tripolski (çoxluq ),

Qoderzi Çankseliani (çoxluq majoritar ),

Arçil Xabadze (çoxluq ),

İrakli Xaxubia (çoxluq majoritar )

Elquca Koçiridzd (çoxluq majoritar ),

Viktor Caparidze( çoxluq )", - tədqiqatda qeyd olunur.

2019-cu ildə iştirak baxımından ən fəal parlament üzvünə gəlincə, təşkilatın hesabatına görə, qanun layihəsinin ən təşəbbüskarı Rati İonatamişvilidir.

"Plenar iclasın ən fəal iştirakçısı parlament çoxluğundan Anri Okhanashvili, plenar iclasın ən fəal iştirakçısı əksəriyyət (müxalifət) xaricindəki fraksiyalardan - Eka Beselia, ən çox parlament suallarının müəllifi - Sergi Kapanadze, ən fəal komitə - Hüquq Məsələləri Komitəsi"- tədqiqatda deyilir.

Bizimlə əlaqə saxlayın