Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

14 yaşlı qızı qəsdən öldürməkdə təqsirləndirilən şəxsin əmisi və əmisi oğlu barəsində həbs qətimkan tədbiri seçilib

916
14 yaşlı qızı qəsdən öldürməkdə təqsirləndirilən şəxsin əmisi və əmisi oğlu barəsində həbs qətimkan tədbiri seçilib
Dinləmək üçün basın

Telavi Rayon Məhkəməsi 14 yaşlı qızı qəsdən öldürməkdə təqsirləndirilən şəxsin əmisi və əmisi oğlu barəsində həbs qətimkan tədbiri seçib.

Telavi Rayon Məhkəməsi 14 yaşlı qızı qəsdən öldürməkdə təqsirləndirilən şəxsin əmisi və əmisi oğlu barəsində həbs qətimkan tədbiri seçib.

InterPress.ge xəbər verir ki, hakim Marine Tsertsvadze bildirib ki, o, prokurorluğun arqumentlərini mötəbər hesab edib və həbs cəzası tələbini təsdiqləyib.

İclasda ittiham tərəfi izah edib ki, təqsirləndirilən şəxslər iş üzrə sübut və şahidlərlə tanış olmaq imkanına malik olduqları üçün yenidən cinayət törətmək, şahidlərə təsir etmək riski mövcuddur.

Vəkil bununla razılaşmayıb. Arçil Dvalişvilinin sözlərinə görə, hər iki şəxs törətdikləri cinayəti etiraf edib və peşman olduqlarını bildiriblər, Bəkir Əliyev və Əlixan Aslanovun 5000-5000 lari müqabilində azad edilməsini tələb ediblər.

İstintaq orqanı saxlanılan hər iki şəxsi ağır cinayət barədə məlumat verməməkdə ittiham edib.

İş üzrə məhkəmə prosesi dekabrın 5-i, saat 14:00-a təyin edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →