15 
Okt
2023
16:05
784

Prokurorluq 14 yaşlı qızın qətli ilə bağlı məlumat yayıb

Gürcüstan Prokurorluğu təqsirləndirilən şəxsin əmisi və əmisi oğlunu ağır cinayət barədə xəbər verməmə işi üzrə ittiham edib.

InterPress.ge xəbər verir ki, qətli törətməkdə təqsirləndirilən şəxs onunla evlənmək məqsədilə 2009-cu il təvəllüdlü A.Ş.-nın azadlığına qanunsuz mane olub, onu əmisi A.A-nın evinə gətirib. Həmçinin məlum olub ki, qaçırılma barədə AA-nın oğlu B.A. xəbərdar olub, lakin o, bu barədə polisə məlumat verməyib.

Daha sonra qaçırılan azyaşlı naməlum şəxsin mobil telefonu ilə anası ilə əlaqə saxlayaraq qaçırılması barədə ona məlumat verə bilsə də, ailə üzvləri qızı qaçıran şəxsə qaytararaq onunla yaşamağa məcbur ediblər.

Xatırladırıq ki, polis 14 yaşlı qızın qətlində təqsirləndirilən şəxsin əmisi və əmisi oğlunu saxlayıb.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər