Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzada ölənlərin sayı 1900-ə yüksəlib.
InterPress.ge xəbər verir ki, bu barədə BBC yazıb.
Qurum bildirib ki, ölənlərin 60%-i uşaqlar və qadınlardır. Məlumata görə, 7696 nəfər xəsarət alıb.
İsrailə raket hücumu oktyabrın 7-də yerli vaxtla saat 06:30-da həyata keçirilib . Hadisəyə görə məsuliyyəti "Həmas" qruplaşması öz üzərinə götürüb . Təşkilat İsrailə qarşı yeni hərbi əməliyyata başladığını elan edib. İsrail Müdafiə Qüvvələri "müharibə hazırlığı" elan edib və Qəzza zolağında HƏMAS-ın hədəflərinə hücum etməyə başlayıb.
