InterPress.ge xəbər verir ki, bu barədə Ursula fon der Leyen sosial şəbəkədə yazıb.
“HƏMAS-ın dəhşətli terror aktından sonra İsrail xalqı ilə həmrəy olduğumuzu bildirmək üçün Avropa Parlamentinin sədri ilə birlikdə İsrailə gəldim”- Ursula fon der Leyen bildirib.
Həmçinin Roberta Mezzola bildirib ki, “Həması dayandırmaq lazımdır".
“Biz İsrailin dəhşətli terror hücumundan sonra həmrəylik mesajı ilə buradayıq. Terror qalib gələ bilməz. Necə cavab verəcəyimiz vacibdir. Biz HƏMAS-ı dayandıra bilərik və etməliyik”, - Roberta Mezzola bildirib.
