InterPress.ge xəbər verir ki, istintaq Cinayət Məcəlləsinin 108 və 236-cı, yəni qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri ilə aparılır.
Xatırladaq ki, dünən axşam saatlarında Marneulinin Nizami Gəncəvi küçəsində odlu silahla bir nəfər öldürülüb.
Hadisə ilə bağlı Marneuli-Algeti-Əzizkənt yolu ikitərəfli bağlanıb və müvəqqəti olaraq avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hazırda isə sözü gedən yolda hərəkət sərbəstdir.
