12 
Okt
2023
15:31
445

Kvemo Kartli bölgəsində sosial yardım alanların sayı açıqlanıb

Bu ilin sentyabrına olan məlumata görə, Gürcüstanda 635 769 nəfər yaşayış minimumu alır.

InterPress.ge xəbər verir ki, onlardan 200 191 nəfər əhalinin məşğulluğunun təşviqi dövlət proqramı çərçivəsində 4 il müddətinə sosial yardımla təmin olunacaqlar.

Bundan başqa, qeyd etmək lazımdır ki, regionlar arasında ən çox sosial yardım alanlar Kvemo Kartlidə (ümumi əhalinin 13,8%-i), Tbilisidə (13,4%) və Sameqrelo-Zemo Svanetidə (12,2%) yaşayırlar.

2023-cü ilin sentyabr ayına yaşayış müavinəti alan şəxslərin regionlar üzrə bölgüsü belə görünür:

Kvemo Kartli - 88 704 nəfər

Tbilisi - 85 711 nəfər

Sameqrelo Zemo Svaneti - 77 982 nəfər

İmereti - 76 784 nəfər

Acarıstan Muxtar Respublikası - 67 321 nəfər

Kaxeti - 62 513 nəfər

Şida Kartli - 52 888 nəfər

Quriya - 25 304 nəfər

Samtsxe Cavaxeti - 19 054 nəfər

Mtsxeta Mtianeti - 17221 nəfər

Raça Leçxumi və Kvemo Svaneti - 13175 nəfər

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər