Ğvarelidə 27 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.
InterPress.ge xəbər verir ki, hadisə az əvvəl Sabui Meşəsində baş verib.
Yerli sakinlərin dediyinə görə, həmin şəxs dostu ilə meşəyə ova çıxıb, oradakılardan biri ov tüfəngindən atəş açıb və gənc yerindəcə dünyasını dəyişib.
Hadisə yerində araşdırmalar aparılır.
