Bu gündən etibarən ölkə ərazisində hava açılacaq və istiləşəcək
Oktyabrın 11-də Qərbi Gürcüstanda yağıntılı hava şəraiti davam edəcək, oktyabrın 12-dən isə hava açılacaq və istiləşəcək - Şərqi Gürcüstanda əsasən yağmursuz hava şəraiti gözlənilir.
InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi qarşıdakı günlərin hava proqnozunu açıqlayıb.
Tbilisiyə gəlincə, yaxın günlərdə hava əsasən yağmursuz keçəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gün ərzində +21, +23 dərəcə isti olacağı gözlənilir.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): oktyabrın 12-dən hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +13-15 dərəcə təşkil edəcək.


