09 
Okt
2023
19:43
526

Tbilisidə əsən külək problemlər yaradıb

Güclü külək Tbilisinin bir çox ərazilərində  ciddi problemlərə yol açıb.

InterPress.ge xəbər verir ki,  bu barədə Fövqəladə Hallar İdarəsindən məlumat verilib.

Məlumata görə, Saburtalo rayonunda külək nəticəsində ağacın budaqları qırılıb, onların arasında bir ünvanda qırılan ağac avtomobilin üzərinə aşıb.

“Problemlər əsasən Saburtalo rayonunda, konkret olaraq Vaja-Pşavela və Politkovskaya küçələrində ağac budaqlarının qoparaq yola düşdüyü ərazilərdə yaranıb. Bundan əlavə, Politkovskayada dayanmış avtomobilin üzərinə ağacın budaqları düşüb, lakin xəsarət alan olmayıb. Bundan başqa, Zakariadze küçəsində ağac budaqları qırılıb, ziyan dəymiş ağaclara yanğınsöndürənlər və xilasedicilər tərəfindən aradan qaldırılıb ”, - Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər