Vətəndaşa təzyiq göstərən patrul əməkdaşı saxlanıldı
Patrul inspektoru qrup zorakılığı faktı üzrə ifşa olunub.
InterPress.ge xəbər verir ki, məlumatı Xüsusi İstintaq Xidməti yayıb.
Araşdırma zamanı müəyyən edilib ki, hüquq-mühafizə orqanı əməkdaşı və onu müşayiət edən şəxslər 2023-cü il sentyabrın 28-də Axaltsixdəki yanacaqdoldurma məntəqəsinin ərazisində vətəndaşa fiziki təzyiq göstərərək, onun sağlamlığına yüngül zərər vurublar.
Cinayət 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Gürcüstan Prokurorluğu patrul polisi əməkdaşına qarşı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi ilə qrup halında sağlamlığa yüngül ziyan vurmaqda ittiham edib.
Xüsusi İstintaq Xidməti faktla bağlı araşdırmaları davam etdirir”, - deyə qurumun məlumatında bildirilir.


