08 
Okt
2023
13:06
767

Sinoptiklər xəbərdarlıq edir - Güclü külək əsəcək, yağış yağacaq

Oktyabrın 9-u gündüz saatlarından başlayaraq oktyabrın 10-u gecə saatlarınadək Qərbi Gürcüstanda yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi bildirib.

Məlumata görə, oktyabrın 9-dan 10-u gününün ikinci yarısınadək Gürcüstanın bütün ərazisində güclü qərb küləyinin əsəcəyi gözlənilir. Dənizdə 4-5 ballıq fırtına olacaq.

 “Qərbi Gürcüstanda gözlənilən intensiv yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq və təpəlik ərazilərdə sürüşmə-daşqın proseslərinin başlanmasına və aktivləşməsinə səbəb ola bilər”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər