Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarp” və “Sadaxlı Avtomobil” gömrük-keçid məntəqələrində gömrükçülərin Gürcüstan və xarici ölkə vətəndaşlarını yoxlaması nəticəsində bəyan edilməmiş qızıl-zinət əşyaları (ümumi çəkisi 135,2 qram) aşkar edilib.
InyerPress.ge xəbər verir ki, bəyan edilməmiş malların ümumi gömrük dəyəri 12 341,67 lari təşkil edib.
Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlar 12 341,67 lari məbləğində cərimə ilə cəzalandırılıb.
