Bəyan edilməmiş siqaretlərin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
Ötən ayın məlumatına görə, “Sarp” gömrük-keçid məntəqəsində külli miqdarda bəyan edilməmiş siqaretin qanuna zidd olaraq ölkə sərhədinə gətirilməsinə cəhd faktlarının qarşısı alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidməti məlumat yayıb.
“Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları şübhə əsasında müxtəlif ölkə vətəndaşlarının yoxlanılması nəticəsində 32 680 qutu bəyan edilməmiş siqaret aşkar ediblər.
Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlardan mallar sanksiya şəklində müsadirə edilib və onların hər birinə 1000 lari məbləğində pul cəriməsi tətbiq edilib, 168-ci maddənin 3-cü hissəsinə əsas qanunu pozan 2 vətəndaşın malları müsadirə edilib və hərəkət təkrar olunduğuna görə onların hər biri 3000 lari məbləğində cərimə edilib”, – Gəlirlər Xidmətinin açıqlamasında bildirilir.


