Slovakiya Macarıstanla sərhəddə müvəqqəti nəzarət tətbiq edir.
InterPress.ge xəbər verir ki, bu barədə Reuters nəşri məlumat verib.
Məlumata görə, Slovakiya çərşənbə günü qeyri-qanuni miqrant axınını azaltmaq üçün Macarıstanla sərhəddə yoxlamaları bərpa edəcəyini açıqlayıb.
Bratislavanın bu addımı çərşənbə axşamı Polşa, Çexiya və Avstriyanın Slovakiya ilə sərhədlərində ən azı 10 gün davam edəcək qeyri-qanuni miqrasiyanı dayandırmaq üçün müvəqqəti yoxlamalar tətbiq etdiklərini elan etdikdən sonra baş verib.
Qeyd edək ki, Slovakiya-Macarıstan sərhədində nəzarət cümə axşamından etibarən həyata keçiriləcək və oktyabrın 14-dək davam edəcək.
