04 
Okt
2023
15:36
718

Gürcüstanda yağışlı hava şəraiti nə vaxta qədər davam edəcək?

Gürcüstanda oktyabrın 4-də yağmurlu hava şəraiti davam edəcək, oktyabrın 5-6-da isə əsasən yağmursuz hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi bildirib.

Oktyabrın 4-də Tbilisidə qısamüddətli yağış yağacağı ehtimalı var. Oktyabrın 5-6-da hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): oktyabrın 4-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oktyabrın 5-6-da hava yağmursuz keçəcək. Havanın temperaturunun gün ərzində +21, +23 dərəcə isti olacağı gözlənilir.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) oktyabrın 4-də yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Oktyabrın 5-6-da hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq ərazilərində (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): oktyabrın 4-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oktyabrın 5-6-da hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq ərazilərində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): oktyabrın 4-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oktyabrın 5-6-da hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +13, +15 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər