Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tbilisidə avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

439
Tbilisidə avtomobillərdən oğurluq edən şəxs saxlanılıb
Dinləmək üçün basın

Polis Tbilisidə 6 avtomobildən oğurluq etməkdə təqsirli bilinən şəxsi saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən oğurlanmış əşyalar maddi sübut kimi götürülüb.

Onların məlumatına görə, cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Didube-Çuqureti Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü M.T. -ni Tbilisidə saxlayıblar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bu il oktyabrın 2-də Tbilisidəki yeraltı dayanacaqların birində 6 avtomobildən oğurluq edərək hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs hadisədən bir neçə saat sonra “isti izlər”lə yaxalanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış əşyaları sübut kimi götürüblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin B və 3-cü hissəsinin D yarımbəndi ilə aparılır", - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →