03 
Okt
2023
21:46
630

Araik Arutyunyan saxlanılaraq Bakıya aparılır

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.

InterPress.ge-nin Azərbaycan KİV-nə istinadən əldə etdiyi məlumata görə, hazırda o, Bakıya aparılır.

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya aparılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər