03 
Okt
2023
12:01
392

Güclü yağış nəticəsində Ozurqetidə küçələri və evləri su basıb

Güclü yağış Ozurqetidə problemlər yaradıb.

InterPress.ge xəbər verir ki, küçələri, evləri və anbar sahələrini su basıb.

Yaşayış evlərinin birinci mərtəbələrinə su daxil olub. Sakinlərin məişət əşyalarına və avadanlıqlarına ziyan dəyib.

Bir neçə yerdə torpaq sahələri dağılıb. Şəhər meriyasında qaynar xətt fəaliyyətə başlayıb.

“Güclü yağış səbəbindən Ozurqeti meriyası fövqəladə rejimdə işini davam etdirir. Bütün xidmətlər səfərbər olunub. Yaranan problemlərin aradan qaldırılması üçün həmvətənlərimizdən bələdiyyə sədrinin kəndlərdəki nümayəndələri ilə əlaqə saxlamalarını və ya qaynar xətt vasitəsilə bizə məlumat vermələrini xahiş edirik”, - deyə meriyanın yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Quriyada leysan yağışları hələ də davam edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər