02 
Okt
2023
16:08
637

"2024-cü ildə Gürcüstanda böyük sürprizlər təşkil edəcəyik" - Ğaribaşvili

"Starring Georgia layihəsi kifayət qədər uğurlu oldu, onun çərçivəsində Gürcüstanda iki möhtəşəm meqa şou keçirildi, Starring Georgia-nın bütün heyəti və bu mühüm meqa şouların təşkilində əməyi olan hər kəsə çox təşəkkür edirəm".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Baş nazirin sözlərinə görə, hökumət 2024-cü ildə də Gürcüstanda mühüm, böyük sürprizlər təşkil etmək niyyətindədir.

"Bilirsiniz ki, Starring Georgia layihəsi kifayət qədər uğurlu oldu, onun çərçivəsində Gürcüstanda iki möhtəşəm meqa şou keçirildi. Bilirəm ki, bu konsertlərdə bir çox həmvətənlərimiz iştirak edirdi və onlar bəyəndilər və razı qaldılar. 2024-cü ildə də Gürcüstanda çox mühüm, böyük sürprizlər təşkil edəcəyik. Beləliklə, bütün Starring Georgia komandasına və bu mühüm meqa şouların təşkilində əməyi olan hər kəsə bir daha təşəkkür edirəm”, - Baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər