01 
Okt
2023
20:09
475

Hədə-qorxu və şantaj yolu ilə yetkinlik yaşına çatmamış qızlara cinsi zorakılıq edən şəxsə hökm oxunub

 Prokurorluq bir nəfəri zorlama, cinsi əlaqəyə məcbur etmə, 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və fiziki zorakılıq faktları ilə ittiham edib.
 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat verib.

Prokurorluğun məlumatına görə, Daxili İşlər Nazirliyində aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər, o cümlədən azyaşlı qızlarla ünsiyyətə girərək zor tətbiq etməklə onlarla cinsi əlaqəyə girib və uzunmüddətli cinsi əlaqədə olmağa məcbur edib. Sonra hədə-qorxu və şantaj yolu ilə böhtan xarakterli məlumatlar yayıb. 

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi sentyabrın 29-da saxlayıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 140-cı maddəsinin 1-ci hissəsi (on altı yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə), 137-ci maddəsinin 1-ci hissəsi (zorlama) ,137-ci maddənin 4-cü hissəsinin “c” yarımbəndi (əvvəlcədən bilə-bilə yetkinlik yaşına çatmayanı zorlama); 139-cu maddənin 1-ci hissəsi (cinsi əlaqəyə məcbur etmə); 139-cu maddənin 4-cü hissəsinin “b” yarımbəndi (azyaşlını əvvəlcədən bildiyi halda cinsi əlaqəyə məcbur etmə); 126-cı maddənin 2-ci hissəsinin “a” və “d” yarımbəndləri (yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş iki şəxsə qarşı fiziki zorakılıq), 126-cı maddənin 1-ci hissəsi (fiziki zorakılıq) ilə ittiham olunur. Cəza 15 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Artıq prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət edib.

Cinayət işi üzrə istintaq digər zərərçəkmiş şəxslərin müəyyən edilməsi istiqamətində davam etdirilir.
Gürcüstan Prokurorluğu bu kateqoriyadan olan işlərdə ən sərt cinayət-hüquq siyasəti aparır və cinayəti törətmiş şəxs qanun çərçivəsində bütün məsuliyyəti daşıyacaq”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər