InterPress.ge xəbər verir ki, Gürcüstanın əsas elektrik tədarükçülərindən biri olan Rusiyanın “İnter Rao” enerji şirkəti ixrac etdiyi elektrik enerjisinin qiymətini 7% artırmağı planlaşdırır.
Səbəb Rusiya Federasiyası Hökumətinin qəbul etdiyi qərardır. Rusiyanın enerji nəhəngi “İnter Rao” artıq Gürcüstan, Azərbaycan, Türkiyə, Çin və Monqolustana elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı xəbərdarlıq edib.
