01 
Okt
2023
13:30
673

Sinoptiklər xəbərdarlıq edir - Hava şəraiti pisləşəcək

Oktyabrın 2-də gecə Şərqi Gürcüstanın şərq rayonlarında, gündüz Gürcüstanın əksər ərazilərində yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Bildirilib ki, oktyabrın 3-də Qərbi Gürcüstanda və Şərqi Gürcüstanın qərb rayonlarında yağış davam edəcək, bəzi yerlərdə intensiv olacaq, Qara dənizin sahilyanı ərazilərində və Kolxeti düzənliyində çox güclü olacaq. Dənizdə 3-4 bal gücündə fırtına olacaq.

 “Gözlənilən güclü yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinə səbəb ola bilər”, - Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər