Qəsdən adam öldürmək faktı üzrə bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Quriya Polis Departamentinin Çoxatauri rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Ş.S.-ni qəsdən adam öldürmə maddəsi ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaqla müəyyən edilib ki, bu il sentyabrın 28-də Çoxatauri bələdiyyəsinin Qoqolisubani kəndində təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində 2000-ci il təvəllüdlü A.S-nin bədəninə soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs Çoxataurinin Qoqolisubani kəndində yaxalanıb. Polis cinayətin silahını - bıçağı sübut kimi götürüb. Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır", - məlumatda deyilir.


