Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Ötən gecə Ukraynanın cənubunda 15 ədəd İran istehsalı dron zərərsizləşdirilib

513
Ötən gecə Ukraynanın cənubunda 15 ədəd İran istehsalı dron zərərsizləşdirilib
Dinləmək üçün basın

Oktyabrın 1-nə keçən gecə Ukraynanın cənubunda azı 15 ədəd İran istehsalı “Şahid” dronları məhv edilib. Onlardan 14-ü Odessa, 1-i Mıkolayiv vilayətində zərərsizləşdirilib.

Oktyabrın 1-nə keçən gecə Ukraynanın cənubunda azı 15 ədəd İran istehsalı “Şahid” dronları məhv edilib. Onlardan 14-ü Odessa, 1-i Mıkolayiv vilayətində zərərsizləşdirilib.

InterPress.ge “Ukrayinska Pravda”ya istinadən xəbər verir ki, bu barədə “Cənub” müdafiə qüvvələrinin sözçüsü Nataliya Humenyuk “Vahid xəbərlər”in yayımında bildirib.

Onun sözlərinə görə, ölkənin cənub bölgələri hücuma məruz qalıb, qarışıq tip dron hücumu həyata keçirilib.

İşğalçı qüvvələr marşrutları qarışdırmaq və maksimal dərəcə HHM sistemini yükləməyə çalışıblar. Humenyuk qeyd edib ki, qarşı tərəf Mıkolayiv vilayətində anbar ərazisinə zərbə endirə bilib. Orada qalıqların ayırd edilməsi və yanğının söndürülməsi istiqamətində işlər aparılır, lakin zərərçəkmişlər barədə məlumat daxil olmayıb.

Bundan başqa, Xerson vilayətinə 16 ədəd güdümlü aviabomba ilə həmlə olunub.

Humenyuk vurğulayıb ki, Rusiya qüvvələri ballistik raket zərbələri endirməyə davam edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →