30 
Sen
2023
09:37
682

İki qıza cinsi təcavüz edən 60 yaşlı şəxs saxlanılıb

İki qıza cinsi, fiziki və psixoloji zorakılıqda ittiham olunan 60 yaşlarında şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı “Sapari” qeyri-hökumət təşkilatının direktoru Baia Pataraia yayıb.

Məlumat üçün bildirək ki, 60 yaşlı kişinin aşağıdakı zorakılıq hallarını törətdiyi məlum olub : zorlama, fiziki və psixoloji zorakılıq, hədə-qorxu, təqib, şəxsi xarakterli intim məzmunlu foto-video materialın qanunsuz əldə edilməsi, saxlanması və yayılması, məcburetmə, insan alveri.

Təşkilatın bildirdiyinə görə, eyni şəxsin digər yetkinlik yaşına çatmayanlara qarşı da ağır cinayətlər törətdiyi ehtimal edilir.

"Sapari"nin bildirdiyinə görə, sentyabrın 19-da iki qız polisə müraciət edib, lakin onlardan biri dindirilməyib və onun işi ilə bağlı araşdırma aparılmayıb, digər qız isə polis bölməsində müsahibə zamanı cinsi ayrı-seçkiliyin qurbanı olub. Bundan əlavə, zərərçəkmiş uzun müddət istismarçı ilə eyni şöbədə qalıb ki, bu da onun üçün əlavə stress olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər