29 
Sen
2023
13:46
794

Oktyabrın 2-dək Gürcüstanda hava necə olacaq?

Oktyabrın 2-dək Gürcüstanın bəzi ərazilərində istilər fonunda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Tbilisidə qısamüddətli yağış müşahidə oluna bilər. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturunun gün ərzində +25, +27 dərəcə isti olacağı gözlənilir.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) sentyabrın 29-30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, oktyabrın 1-də günün sonunda bəzi yerlərdə yağış yağacağı gözlənilir, həmçinin dolu yağa bilər. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +14, +19 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər