29 
Sen
2023
13:28
647

Qardabanidə Təhsil və İnteqrasiya Mərkəzi açılıb

Qardabani rayonunda yeni Təhsil və İnteqrasiya Mərkəzi fəaliyyətə başlayıb.

InterPress.ge xəbər verir ki, mərkəzin açılış mərasimində yerli dövlət qurumlarının rəsmi şəxsləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri, müəllimlər və gənclər iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan mərkəzin icraçı direktoru Çiçək Hüseynova rəhbərlik etdiyi tədris ocağının yaradılması səbəbləri, fəaliyyət istiqamətləri və gələcək planları barədə ətraflı məlumat verib.

Mərasimdə çıxış edənlər Qardabanidə yeni mərkəzin açılması münasibətilə soydaşlarımızı təbrik ediblər. Təhsil və inteqrasiya kimi mühüm sahələrə xidmət etməyin önəmi diqqətə çatdırılıb. Mərkəzin gənclərin inkişafında və asudə vaxtının səmərəli keçirilməsində əhəmiyyətli rol oynayacağını vurğulayan qonaqlar bu istiqamətdə soydaşlarımıza uğurlar arzulayıblar

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər