Tbilisidə təcili yardım həkimləri ürəyi dayanmış yeniyetmənin həyatını xilas ediblər
Tbilisinin 5-ci rayon xidmət briqadası yeniyetmənin həyatını xilas edib.
InterPress.ge xəbər verir ki, gənc oğlan stadionda məşq edərkən huşunu itirib.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun ürək tutması olduğunu aşkar edib.
Baş həkim Nana Tsuladze bildirin ki, yeniyetmə nəfəs almırdı və ürəyi dayanmışdı. Təcili yardım gələnə qədər uşağın dostları tərəfindən ilkin yardım göstərməsi vacib idi və həkim qeyd edib ki, bu oğlanların sağ qalması üçün düzgün göstərdiyi ilk yardımın böyük rolu olub.
Briqadanın həkimləri tərəfindən aparılan uğurlu reanimasiya tədbirləri nəticəsində gəncin ürək ritmi bərpa olunsa da gənc klinikaya yerləşdirilənə qədər bir neçə dəfə ürək dayanması müşahidə olunub.
Çağrı yerində çox adam olduğundan həkim Nana Tsuladze yardımçı briqadanın çağırılmasını zəruri hesab edib. Klinikanın həyətinə daxil olarkən yenidən ürək tutması müşahidə olunub və yeniyetməni xilas etmək üçün klinikanın həkimləri ilə birlikdə Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzi küç. Tbilisinin beşinci və doqquzuncu rayon xidmətinin həkimləri də mübarizə aparıb. Bir saat yarım davam edən müdaxilədənnsonra nəhayət ürək döyüntüsü bərpa olunub.


