28 
Sen
2023
08:42
485

Gürcüstanda yanacağın qiymətinin artacağı gözlənilir

“Neft Məhsulları İdxalçıları Birliyi” son vaxtlar ölkədə yanacağın qiymətinin 30 tetri artdığını bildirib.

InterPress.ge xəbər verir ki, onlar gələcəkdə də yanacağın qiymətinin artacağını istisna etməyiblər.

 “Yanacaq artıq 30 tetri bahalaşıb və onun bahalaşmayacağı və ya ucuzlaşmayacağı ilə bağlı heç bir illüziyamız yoxdur. Daha bahalı və ya daha ucuz ola bilər.

Yəqin ki, artacaq, amma necə artacaq, harada dayanacaq, necə olacaq, bilmirik. Bu, beynəlxalq birjadan asılıdır”, - Vaxtanq İobaşvili bildirib.

Birlik sədrinin sözlərinə görə, Rusiyanın yanacağın ixracına qadağa qoyması ilə Gürcüstanda qıtlıq yaranmayacaq, şirkətlər Avropa bazarına qayıdacaq.

“Gürcüstanda yanacaq qıtlığı olmayacaq. Qiymətlərin harada dayanacağını və nə olacağını əvvəlcədən müəyyənləşdirə bilmərik. Tezliklə hər şey yerini tapacaq, çünki biz yeni heç nə axtarmırıq. Yenidən həmin ünvanlara, yəni Rumıniya, Bolqarıstan, Yunanıstan, eləcə də Azərbaycana qayıdacağıq”, - Vaxtanq İobaşvili bildirib.

Bizimlə əlaqə saxlayın