27 
Sen
2023
15:32
547

Gürcüstanda sentyabrın 29-dək gözlənilən hava proqnozu açıqlandı

Sentyabrın 27-28-də Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Qərbi Gürcüstanın aran bölgələrində havanın temperaturu +27, +32 dərəcəyədək yüksələcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Qara dənizin sahilyanı ərazilərində, Kolxeti düzündə və Zemo İmeretidə güclü şərq küləyi əsəcək. Sentyabrın 29-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Tbilisidə hava isti və yağmursuz keçəcək. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): sentyabrın 27-28-də havanın isti və yağmursuz keçəcəyi, sentyabrın 29-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturunun gün ərzində +22, +27 dərəcə isti olacağı gözlənilir.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) hava isti, əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +21, +26 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq ərazilərində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): sentyabrın 27-28-də hava şəraitinin yağmursuz keçəcəyi, sentyabrın 29-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +15, +20 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər