27 
Sen
2023
11:32
342

Dövlət büdcəsinə məxsus külli miqdarda pul vəsaitinin ələ keçirilməsi üzrə 8 nəfər barəsində cinayət işi açılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən Kaxeti Bölgə Prokurorluğu ilə razılaşdırılaraq həyata keçirilən tədbirlər nəticəsində dövlət büdcəsinə məxsus külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktları aşkar edilib. 

InterPress.ge xəbər verir ki, 8 nəfər barəsində cinayət işi başlanıb.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qabaqcadan razılıq əldə edərək qanunsuz maddi gəlir əldə etmək məqsədi ilə idarə etdikləri şirkətlər adından qarşılıqlı olaraq 8 milyon 717 min 236 lari məbləğində ƏDV hesab-fakturaları tərtib ediblər, 1 326 603 lari məbləğində saxta ƏDV aktivi yaradıblar, onun bir hissəsini (876 723) dövlət büdcəsindən götürüblər, qalan məbləğ isə cari vergi öhdəliklərinin ödənilməsinə yönəldilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 210 və 180-ci maddələri ilə aparılır”, - Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər