Marneulidə "Yaşıl Düşüncə"nin təşəbbüsü ilə plastik tullantılar üçün yer açılıb
Marneulidə, Azərbaycan Evinin həyətində plastik tullantılar üçün yer açılıb.
InterPress.ge xəbər verir ki, plastik tullantıları zibil qablarına atmaq əvəzinə qeyd olunan məntəqəyə təhvil verə bilərsiniz.
Yığılan plastmas tullantılar Rustavi şəhərində yerləşən plastmas tullantıları təkrar emal edən zavoda veriləcək.
"Hər birinizi 3 ay ərzində keçiriləcək “Marneuli plastik tullantılarsız" aksiyasında fəal iştirak etməyə, tullantıların çeşidlənməsinə, təkrar emala yönləndirilməsinə dəstək olmağa, eyni zamanda polietilen paketlərdən istifadəni azaltmağa, ekoloji cəhətdən təmiz çantalardan istifadə etməyə çağırırıq" - Yaşıl Düşüncənin təsisçisi Gülgün Məmmədxanova qeyd edib.
Qeyd edək ki, plastikləri qəbul edən məntəqə "3R Marneuli: Think Green" layihəsi çərçivəsində, təşəbbüs qrupu " Yaşıl Düşüncənin" təşkilatçılığı, Azərbaycan evinin dəstəyi və Taso fonudunun maliyyə dəstəyi ilə açılıb.