23 
Sen
2023
08:30
1066

Rustavidə ögey ata azyaşlı qıza davamlı olaraq cinsi təcavüz edib

Rustavidə kişi azyaşlı qıza cinsi təcavüz edib.

InterPress.ge xəbər verir ki, 35 yaşlarında olan bir nəfər yoldaşının uşağına təcavüz edib.

Mövcud məlumata görə, uşağın anası evdə olmayanda ögey ata azyaşlıya təcavüz edirmiş.

Faktla bağlı polisə məlumat verilib. Sonradan məlum olub ki, qıza qarşı azğın əməl sistemli şəkildə həyata keçirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi şübhəli şəxs qismində saxlayıblar. Məhkəmə prosesləri keçirilib, bundan sonra hakim ögey ataya 15 il həbs cəzası verib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər