Paşa Bank-ın Direktorlar Şurasının sədri vəzifəsini tərk edib
Sentyabrın 20-də Paşa Bank-ın Direktorlar Şurasının sədri vəzifəsini tərk edib.
InterPress.ge xəbər verir ki, bu barədə “Paşa Bank” məlumat yayıb.
Onların məlumatına görə, “Paşa Bank” Gürcüstan adi qaydada fəaliyyətini davam etdirir, yeni sədrlə bağlı bəyanat Milli Bank tərəfindən təsdiqlənən kimi açıqlanacaq.
“Paşa Bank Gürcüstan” beynəlxalq sanksiyalara və Gürcüstan qanunvericiliyinin tələblərinə uyğun olaraq cari fəaliyyətini davam etdirir.
“Paşa Bank” baş ofisi Bakıda yerləşən, Azərbaycan, Gürcüstan və Türkiyədə fəaliyyət göstərən maliyyə qurumudur. “Paşa Bank” iri, orta və kiçik müəssisələrə korporativ və investisiya bankçılığı xidmətləri təklif edir.
Paşa Bank Azərbaycanın aparıcı investisiya holdinqi olan və sığorta, korporativ və pərakəndə bankçılıq, əmlakın idarə edilməsi, tikinti və turizm kimi sahələrdə aktivlərə sahib olan Paşa Qrupun bir hissəsidir.
“Paşa Bank” Gürcüstanda 2013-cü ilin fevralında fəaliyyətə başlayıb və 31 dekabr 2022-ci il tarixinə onun ümumi aktivləri 518 milyon lari təşkil edir”, - məlumatda deyilir.


