22 
Sen
2023
13:12
589

Qarşıdakı günlərin hava proqnozu açıqlandı

Sentyabrın 22-24-də istilər fonunda Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış müşahidə oluna bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi bildirib.

Məlumata görə,  Tbilisidə qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.

Kartlidə bəzi yerlərdə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali) qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) sentyabrın 22-23-də havanın isti və yağmursuz keçəcəyi, sentyabrın 24-də isə qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər