Avtomobillərdən çıxan zərərli qazlara görə indiyədək neçə nəfərin cərimələndiyi açıqlandı
Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları sentyabrın 4-dən Tbilisi, Rustavi, Kutaisi və Batumi şəhərlərində hərəkətdə olan avtonəqliyyat vasitələrinin atmosferə atdığı tullantıların miqdarına nəzarət edir.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Ətraf Mühitə Nəzarət Departamenti yayıb.
Qurumun yaydığı məlumata görə, sentyabrın 4-dən sentyabrın 21-dək olan müddətdə idarənin səyyar briqadaları tərəfindən avtonəqliyyat vasitələrinin atmosferə atılan tullantıların miqdarının müəyyən edilmiş normasına əməl etmədiyinə görə 641 qanun pozucusu cərimələnib.
Departamentin əməkdaşları ən çox - Tbilisidə 303, Kutaisidə 149, Batumidə 109, Rustavi şəhərində 80 qanun pozuntusunu aşkar ediblər.
641 cərimədən 508-i fiziki şəxslərin adına olub, 133 halda isə hüquqi şəxslər cərimələnib.
Qanun görə fiziki şəxs birinci dəfə 100 lari, ikinci dəfə 300 lari, üçüncü dəfə 600 lari məbləğində cərimə edilir. Hüquqi şəxsdə isə cərimə müvafiq olaraq 500, 1500 və 3000 lari təşkil edir. Cərimə 10 gün ərzində ödənilərsə, cərimənin məbləği 20% azalacaq.


