Qəsdən vergidən yayınma və əmlakı gizlətmə faktlarına görə bir nəfər saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində İmereti bölgəsində vergi və əmlak öhdəliklərindən yayınma faktına görə bir nəfər barəsində cinayət təqibinə başlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs vergi qanunvericiliyini pozaraq şirkətin vergilərini tam bəyan etməyib və bununla da o, dövlət büdcəsinə ümumilikdə 287 960 lari ödəməkdən yayınıb. Onların məlumatlarına görə, təqsirləndirilən şəxs gözlənilən vergi öhdəliyindən yayınmaq üçün şirkətə məxsus 567 076 lari dəyərində əmlakı saxta, ikiüzlü əməliyyatla öz nəzarəti altında olan başqa şirkətə köçürüb ki, vergi orqanları büdcəyə daxil olacaq vergiləri məcburi şəkildə geri ala bilməsinlər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 218 və 205-ci maddələri ilə aparılır.


