Texniki Universitetin professorunun öldürülməsi ilə bağlı bir nəfər saxlanılıb, digəri isə ölkəni tərk edib
Gürcüstan Texniki Universitetinin professoru, 65 yaşlı Otar Qelaşvilinin qətli ilə bağlı 23 yaşlı gənc saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
InterPress.ge xəbər verir ki, məlumata görə, o, günahını boynuna almır və Qelaşvilini ümumiyyətlə tanımadığını bildirir.
Məlumata görə, İstintaq əvvəlcə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə başlansa da, cinayət işi adam öldürmə maddəsi ilə dəyişdiriləcək. Hücumda iştirak edən daha bir şəxs isə ölkəni tərk edib.
Xatırladaq ki, Otar Qelaşvili 1 ay əvvəl Qardabanidə meşədə çoban tərəfindən tapılıb. O, huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlər nəticəsində dünən dünyasını dəyişib. Texniki Universitetin rektoru hadisənin Qelaşvilinin biznes fəaliyyəti ilə bağlı olduğunu istisna etmir.
Hadisə ilə bağlı müxtəlif versiyalar səslənir.
Versiyalardan birinə görə, Qelaşvili Qardabanidə torpaq alıb və pulu ondan almağa çalışıblar, başqa versiyaya görə, o, MMC-lərdən birində pay sahibi olub və şərikləri ilə münaqişə edib.


