21 
Sen
2023
19:16
542

Texniki Universitetin professorunun öldürülməsi ilə bağlı əlavə təfərrüatlar məlum oldu

"Bizə məlumdur ki, bu, elmi və peşəkar fəaliyyətlə bağlı deyildi, bu  dəhşətli bir cinayət hadisəsidir" 

InterPress. ge xəbər verir ki, Gürcüstan Texniki Universitetinin rektoru Davit Qurqenidze professor Otar Qelaşvilinin ölüm faktı ilə bağlı bildirib.

Davit Qurqenidzenin sözlərinə görə, professor Otar Qelaşvili tələbəlik illərindən Texniki Universitetdə işləyib və heç vaxt münaqişəli insan olmayıb.

“Cənab Otar Qelaşvilinin ailəsinə, bütün cəmiyyətə həm öz adımdan, həm də universitet adından bir daha başsağlığı vermək istəyirəm. Otar Qelaşvili böyük alim, pedaqoq, bir çox məqalə və monoqrafiyaların müəllifi olub. Düz 40 gün əvvəl cinayət işi açılmışdı. O, iş vaxtından sonra Kvemo Kartli bölgəsinə getmişdi və bildiyimiz kimi orada quldurluq hadisəsi zamanı çox pis döyülüb. Səhər saat 9-da o Rustavi xəstəxanasına yerləşdirilib və   kəllə sümüyünün trepanasiyası əməliyyatı olub. Sonra isə universitet klinikasına köçürülüb. O, komada idi və çox kədərli bir hadisə baş verdi. O, dünən səhər saatlarında vəfat etdi. 
İstintaq işlərinə başlanılıb və bir nəfər saxlanılıb,   digər şəxsə isə hökm oxunub. Bildiyimiz kimi, o, Gürcüstanı elə həmin gün tərk edib. Faktla bağlı intensiv araşdırma aparılır.
Otar müəllim hələ tələbəlik illərindən bu universitetdə çalışıb, bu universitetin ən yüksək vəzifəli şəxslərindən biri olub, Nəqliyyat sistemləri və maşınqayırma fakültəsinin dekanı olub. O, çox nəcib insan idi və böyük-kiçik hər kəsin dostu idi, və  heç kəslə münaqişəsi olan insan deyildi”, - deyə Davit Qurqenidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər