21 
Sen
2023
13:04
349

Parlamentdə səs-küy yaranıb

Gürcüstan parlamentinin iclasında Şalva Papuaşvili müxalifət deputatlarına sual verməyə imkan vermir və mikrofonu söndürür.

InterPress.ge xəbər verir ki, “Respublika Partiyası”nın sədri Xatuna Samnidze sessiyadan xaric edilib.

Sessiyada bir sıra qanunvericilik təşəbbüsləri müzakirə olunacaq. Müxalifət nümayəndələrinin sualları əsasən beynəlxalq sanksiyaların tətbiqi və Milli Bankın qərarı ilə yaranan təhdidlərə aiddir, lakin onlara çıxış imkanı verilmir.

Papuaşvilinin qərarına əsasən, Xatuna Samnidze, Salome Samadaşvili, Roman Qotsiridze və digərlərinin mikrofonları söndürülüb.

Bu gün Milli Məclisdə Milli Bankın İdarə Heyətinin yeni üzvlərinin seçilməsi üçün səsvermə keçirilir. Deputatlar həmçinin “Gürcüstan vətəndaşlığı haqqında” qanuna dəyişiklikləri də müzakirə edirlər, ona əsasən, ölkədə qanuni yaşadıqları halda Gürcüstan vətəndaşlığının alınması müddəti qısaldılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər